İcra başçısının qardaşı faciəli şəkildə öldü
25 Sentyabr 2024
09:42 - 25 Sentyabr 2024
Füzulinin 9 saylı körpələr evi uşaq bağçasının müdiri Ülviyyə Əjdərzadə cərimələnib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bağçanın müdiri barədə protokol cərimələnib.
Qeyd edək ki, direktor İnzibati Xətalar Məcəlləsinin 192.4-cü(işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə ittiham edilib.
Bağçanın müdiri cərimə ilə bağlı Füzuli rayon Məhkəməsinə müraciət edib.
İşə hakim Səkinəxanım Məmmədlinin sədrliyi ilə baxılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin