Prezident Siluanov və Slutski ilə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
16:34 - 6 Noyabr 2021
“Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 8-i və 9-da Daxili İşlər Nazirliyin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. Məqsəd vətəndaşlarımızın bayramları təhlükəsiz və rahat şəkildə qeyd etmələrinə şərait yaratmaqdır”.
Bunu Manşet.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polisin gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı əmr imzalayıb.
“Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, bayram şənlikləri zamanı öz sağlamlıqlarını da unutmasınlar. Pandemiya ilə bağlı maskadan düzgün istifadə etməklə sosial məsəfəni gözləsinlər, bir-biriləri ilə yaxın təmasdan çəkinsinlər”, - E.Zahidov bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin