Türkiyə BRİKS-ə qoşulsa, NATO-dan ayrılacaq?

16:52 - 24 Sentyabr 2024

Türkiyə BRİKS-ə qoşulsa, NATO-dan ayrılacaq?

"Türkiyə BRİKS-ə daxil olarsa, NATO ilə ayrılmalı olacaq".

 

Manset.az xəbər verir ki, bu sözləri iqtisadçı və maliyyə analitiki Mixail Belyaev rus telekanallarından birinə müsahibə verərkən səsləndirib.

"Tarix göstərəcək ki, Türkiyə NATO-dan tamamilə çıxmağa və ya onun hərbi hissəsindən ayrılmağa nə dərəcədə hazırdır. Hər kəs bilir ki, artıq bu ehtimal mövcuddur. Ümumiyyətlə, Türkiyə BRİKS-ə üzv olarsa, onun inkişaf prosesini rəhbər tutduğuna görə, hər hansısa bir yolla NATO ilə ayrılmalı olacaq", - ekspert bildirib.

 O, aydınlaşdırıb ki, NATO iqtisadi və sosial məsələlərə toxunduğu üçün təkcə hərbi blok deyil:

"NATO-ya gəlincə, Alyansdan çıxmaq üçün prosedurun olub-olmadığını bilmirəm, biz bunu dəqiq bilmək üçün gözləməli olacağıq. Təşkilatın üzvü kimi Türkiyənin də öz öhdəlikləri var. NATO təkcə hərbi təşkilat deyil, o, sosial və iqtisadi hissələrə təsir göstərir ”, - Belyaev yekunlaşdırıb.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin