Hərəkətsiz dayanan avtobus qəfil alışdı - VİDEO

15:39 - 24 Sentyabr 2024

Hərəkətsiz dayanan avtobus qəfil alışdı - VİDEO

Türkiyənin Tekirdağ rayonunda avtobus hərəkətsiz halda dayanarkən qəfil alışaraq yararsız hala düşüb.

 

Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.

Məlumata görə, 39 EF 036 dövlət nişanlı avtobusda naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə xilasetmə və polis qrupları sövq edilib və baş verən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Yararsız hala düşən avtobus evakuatorun köməyi ilə oradan çıxarılıb.

Həmin videonu təqdim edirik:

 

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin