Yaxın Şərqdə artan gərginlik hava nəqliyyatına zərbə vurdu

15:02 - 24 Sentyabr 2024

Yaxın Şərqdə artan gərginlik hava nəqliyyatına zərbə vurdu

Beynəlxalq hava nəqliyyatı İsrail və Hizbullah arasında genişlənən müharibədən təsirlənməyə davam edir.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, aviaşirkətlər artan təhlükəsizlik narahatlıqları səbəbindən Yaxın Şərqdəki hava limanlarına uçuşları dayandırıb.

Avropanın "Wizz Air" şirkəti bu gün üçün Təl-Əviv və İordaniyanın paytaxtı Əmmana uçuşları müvəqqəti olaraq dayandırıb.

Eyni şəkildə "British Airways" də Tel-Əviv və Əmmana uçuşları iki gün müddətinə dayandırmaq qərarına gəlib.

Almaniyanın "Lufthansa" aviaşirkəti İsrailə uçuşları dayandırıb və İsraildən reyslərinin ləğv edilməsinin oktyabrın 14-dək uzadıldığını açıqlayıb.

Bu qərar "Lufthansa" qrupunun digər şirkətlərinə, o cümlədən "Austrian Airlines", "Swiss Air", "Brussels Airlines" və "Eurowings" şirkətlərinə də şamil ediləcək.

Həmçinin “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) verilən açıqlamada İsraildə baş verən son hadisələr və təhlükəsizlik problemləri ilə əlaqədar Bakı ilə Təl-Əviv arasında uçuşların dayandırıldığı bildirilib.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin