"Qalatasaray"ın UEFA Avropa Liqası macərası başlayır

13:32 - 24 Sentyabr 2024

UEFA Avropa Liqasının ilk həftəsində, 25 sentyabr Yunanıstanın "PAOK" komandasını qəbul edəcək "Qalatasaray" "Kubok 2"dəki uğurlu çıxışı ilə fərqlənir.

 

Manset.az xəbər verir ki,  Super Liqada son 2 mövsümü çempion olaraq tamamlayan "sarı-qırmızılı" komanda bu mövsümə UEFA Çempionlar Liqasında mübarizə aparmaq məqsədi ilə daxil olub. 

Yenilənmiş formatda 36 komandalı qrup mərhələsində iştirak etmək üçün pley-offda çıxış etməli olan "Qalatasaray" İsveçrə təmsilçisi "Yanq Boyz"a qalib gələ bilməmişdi.

UEFA Avropa Liqasında yoluna davam edən "sarı-qırmızılı" komanda ilk oyununda sabah Yunanıstan Superliqa çempionu "PAOK"u qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qalatasaray” “Kubok 2”də indiyədək keçirdiyi 94 matçda 37 qələbə qazanıb, 26 məğlubiyyətlə üzləşib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin