Bütün ölkə bu ayını axtarır: 2 kişini, 35 iti parçalayıb

11:03 - 24 Sentyabr 2024

Bütün ölkə bu ayını axtarır: 2 kişini, 35 iti parçalayıb

Rusiyanın Primorsk diyarında bağ evində ayı iki kişiyə hücum edərək parçalayıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Amur Mash” teleqram kanalı yayıb. 

Məlumata görə, ayı daha sonra Luçeqorskda sahibsiz heyvanlar üçün sığınacaqda 30-a yaxın iti parçalayıb. 

Ayının axtarışları ilə bağlı prosesə polis və Milli Qvardiyanın əməkdaşları cəlb edilib. Vəhşi heyvan sözügedən ərazidə məktəb yaxınlığında vurulsa da, yaralı halda qaçıb. 

Hazırda ayının tapılması istiqamətində işlər davam etdirilir. Təhlükəsizlik baxımından əhaliyə Luçeqorskun birinci və ikinci mikrorayonlarına səfər etmək qadağan edilib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin