AZAL-ın təyyarəsinin uçuş öncəsi görüntüsü - 13 yaşlı Məhəmmədəli də görünür - VİDEO
30 Dekabr 2024
17:11 - 23 Sentyabr 2024
Suriya Prezidenti Bəşər Əsəd Ərəb Respublikasında yeni hökumətinin formalaşdırılması haqqında fərman imzalayıb.
Manset.az xəbər verir ki, dövlət başçısının ofisi açıqlama yayıb.
"Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi ilə yeni hökumətin yaradılması haqqında fərman verilib”.
Suriyanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə Bassam Sabbaq, respublikanın vitse-prezidenti vəzifəsinə isə Suriyanın keçmiş xarici işlər naziri Feysəl Miqdad təyin edilib.
Qeyd edək ki, sentyabrın 14-də dövlət başçısının ofisi bildirmişdi ki, Suriya lideri keçmiş rabitə və texnologiya naziri əl-Cəlaliyə yeni kabinetin formalaşdırılması barədə göstəriş verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin