Bu ölkədə yeni hökumətin qurulması ilə bağlı fərman imzalandı

17:11 - 23 Sentyabr 2024

Bu ölkədə yeni hökumətin qurulması ilə bağlı fərman imzalandı

Suriya Prezidenti Bəşər Əsəd Ərəb Respublikasında yeni hökumətinin formalaşdırılması haqqında fərman imzalayıb. 

 

Manset.az xəbər verir ki, dövlət başçısının ofisi açıqlama yayıb.

"Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi ilə yeni hökumətin yaradılması haqqında fərman verilib”.

Suriyanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə Bassam Sabbaq, respublikanın vitse-prezidenti vəzifəsinə isə Suriyanın keçmiş xarici işlər naziri Feysəl Miqdad təyin edilib.

Qeyd edək ki, sentyabrın 14-də dövlət başçısının ofisi bildirmişdi ki, Suriya lideri keçmiş rabitə və texnologiya naziri əl-Cəlaliyə yeni kabinetin formalaşdırılması barədə göstəriş verib. 


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin