Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən qiymətlər artır

17:15 - 23 Sentyabr 2024

Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən qiymətlər artır

Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tarifləri dəyişir.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq.

Qeyd edək ki, bundan əvvəl ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qədər artırılıb. Hazırda Bakı-Sumqayıt qatarları üzrə gediş haqqı üzrə maksimal tarif 1 manat təşkil edir. Bu istiqamət üzrə günlük sərnişin daşıma isə ən yüksək həddə çatıb. ADY bir neçə gün əvvəl günlük sərnişindaşımaların 37 min nəfəri ötdüyünü açıqlamışdı.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin