Almaniya 79 ilin ən dərin iqtisadi böhranını yaşayır

15:32 - 23 Sentyabr 2024

Almaniya 79 ilin ən dərin iqtisadi böhranını yaşayır

"Almaniya sənayesi 1945-ci ildə respublikanın yaranmasından bəri ən dərin iqtisadi tənəzzülü yaşayır".

 

Manset.az xəbər verir ki, bu sözləri "Deutsche Bank"ın tədqiqat bölməsinin iqtisadi departamentinin rəhbəri Robin Vinklerin söyləyib.

Ekspert qeyd edib ki, indiki tənəzzül 2008-ci il maliyyə böhranı və 2020-ci il koronavirus pandemiyasından sonrakı tənəzzüldən daha az ciddidir, digər tərəfdən isə XX əsrin əsas struktur böhranlarından daha dərin və uzunmüddətlidir. 

İqtisadçı ekspertin fikrincə, bu dəfə böhran hakim koalisiyanın iqtisadi siyasəti ilə bağlı daha ciddi təhlükə yaradır.

Daha əvvəl məlum olub ki, Almaniyada enerji qiymətlərinin artması və ixracın azalması səbəbindən emal sənayesində geniş miqyaslı ixtisarlar gözlənilir. Özəl sektorda işgüzar fəallığın azalması müşahidə olunan ölkə son yeddi ayın ən aşağı səviyyəsinə düşüb və avrozonanın əsas zəif nöqtəsi olaraq qa

Qeyd edək ki, Almaniya sənayesinin getdikcə zəifləməsi, texnoloji cəhətdən yetişən Çin şirkətləri, hətta bərpa olunan enerji və avtomobil sahəsində almanları geridə qoyan Uzaq Şərq şirkətləri Almaniyada “Çin şoku” kimi müzakirə edilir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin