"Trampın Ukraynadakı münaqişəni bitirmək planı yoxdur" - Zelenski

15:03 - 23 Sentyabr 2024

"ABŞ-nin ən yüksək hökumət postuna Respublikaçılar Partiyasından namizəd Donald Tramp Ukrayna münaqişəsini necə dayandıracağını bilmir". 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"İnanıram ki, Tramp müharibəni necə dayandıracağını bilmir, hətta bu haqda düşünsə belə. Müharibəyə nə qədər dərindən baxsan, bir o qədər tez başa düşürsən ki, bunu bitirmək asan deyil. Bir çox liderlər var idi ki, onlar müharibəni necə bitirəcəklərini bildiklərinə əmin idilər, lakin daha dərindən araşdırdıqda bunun o qədər də sadə olmadığını başa düşdülər ", - Zelenski bildirib.

Xatırladaq ki, Tramp dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gəlsə, hətta andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcək. O həmçinin ABŞ Prezidenti Co Baydenin hazırkı administrasiyasının siyasəti sayəsində başlaya biləcək üçüncü dünya müharibəsinin qarşısını alacağına da söz verib.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin