Zelenski ABŞ-yə getdi

12:00 - 23 Sentyabr 2024

Zelenski ABŞ-yə getdi

ABŞ Ukraynanın Rusiya ərazisindəki hədəflərdə NATO silahlarından istifadə etməsinə qarşı çıxmaqda davam etdiyi bir vaxtda Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Co Baydenə, eləcə də prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrislə görüşmək üçün ABŞ-yə işgüzar səfər edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Zelenski "qələbə planı" adlandırdığı təkliflərini Prezident Co Baydenə , həmçinin prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcək .

"ABŞ və Böyük Britaniya eskalasiyadan qorxduqları üçün Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermədilər, lakin ümidimizi itirməmişik", - Zelenski bildirib.

Qeyd edək ki, Zelenski daha sonra Nyu-York və Vaşinqtona səfər edəcək .

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin