Onlar Milli Məclisin sədr müavini postuna namizəddirlər

09:54 - 23 Sentyabr 2024

Onlar Milli Məclisin sədr müavini postuna namizəddirlər

Xəbər verdiyimiz kimi, bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.

Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.

Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün öncə Manset.az xəbər portalı Milli Məclis sədrinin və müavinlərinin kim olacağını bildirmişdi. 

https://www.manset.az/news/121731/son-deqiqe-milli-meclisin-sedrinin-ve-muavinlerinin-kim-olacagi-bilindi-adlar



Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin