Türkiyədə avtobus qəzası - Yaralılar var

22:14 - 22 Sentyabr 2024

Türkiyədə avtobus qəzası - Yaralılar var

Türkiyənin mərkəzi hissəsində Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb.

 

Manset.az-ın Report-a istinadən verdiyi məlumata görə, xəsarət alanların 15-i turistdir.

Avtobus turistlər arasında məşhur olan Kapadokya bölgəsinin yaxınlığında yerləşən Nevşehirdən Antalya vilayətinin Alanya şəhərinə gedirmiş.

İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin