Azərbaycana payız gəldi
22 Sentyabr 2024
15:30 - 22 Sentyabr 2024
Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB Trend.az-ın sorğusunu cavablayıb.
Məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.
Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.
Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir və həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin