Şuşada qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI

15:30 - 22 Sentyabr 2024

Şuşada qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB Trend.az-ın sorğusunu cavablayıb.

Məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.

Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir və həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin