Tramp ailəsi üçün narahatdır

15:00 - 22 Sentyabr 2024

Tramp ailəsi üçün narahatdır

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp etiraf edib ki, iki sui-qəsddən sonra ailə üzvlərinin təhlükəsizliyindən narahat olmağa başlayıb.

 

Manset.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

Trampın sözlərinə görə, o, adətən belə mövzulardan danışmır.

“Amma bəli, ailəm üçün narahat olmağa başlamışam”, - Tramp vuğulayıb.

Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o qulağından yaralanmışdı. Bu ayın 15-də də keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin