Baş nazir QƏRAR İMZALADI

11:32 - 6 Noyabr 2021

Baş nazir QƏRAR İMZALADI

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Manset.az-ın görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu istiqamət üçün müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı aşağıdakı kimidir:

Bu Qərar 2021-ci il 15 oktyabr tarixindən tətbiq edilir və 5 (beş) il müddətində qüvvədədir.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin