“Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək” - Müdafiə Nazirliyi

10:50 - 22 Sentyabr 2024

“Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək” - Müdafiə Nazirliyi

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 23.09.2024-cü il tarixdən 27.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək", - məlumatda deyilir.

Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin