Evdən oğurluq edən şəxs saxlanıldı

10:45 - 22 Sentyabr 2024

Evdən oğurluq edən şəxs saxlanıldı

Astarada oğurluq əməlini törədən şəxs saxlanılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib.

Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin nəvəsi Vüsal Dadaşov saxlanılıb. Oğurladığının bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin