"Bəşər Əsədlə görüşməyə hazırıq" - Ərdoğan

15:30 - 21 Sentyabr 2024

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.

 

Manset.az APA-ya istinadən xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.

“Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün Bəşər Əsədlə görüşmək iradəmizi nümayiş etdirdik. Qarşı tərəfdən cavab gözləyirik. Biz buna hazırıq”- deyə Ərdoğan bildirib

“Əhalisi müsəlman olan iki ölkə olaraq biz bu birliyə ən qısa zamanda nail olmaq istəyirik” - deyə o,əlavə edib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin