İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
14:40 - 21 Sentyabr 2024
“Neftçi” klubu tarixinin antirekorduna imza atıb.
Manset.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.
Bu, Azərbaycan Premyer Liqasının cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda startdakı yeddi oyunda qələbə qazanmayıb.
“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/2018 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.
Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin