Birinci Qarabağ müharibəsində şəhid olan Bilal Qəhrəmanovun qalıqları dəfn edildi

17:40 - 20 Sentyabr 2024

Birinci Qarabağ müharibəsində şəhid olan Bilal Qəhrəmanovun qalıqları dəfn edildi

Birinci Qarabağ müharibəsində şəhid olan, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Bilal Qəhrəman oğlu Qəhrəmanovun qalıqları Gədəbəydə dəfn olunub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları bu gün Gədəbəy Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsinə qoşulub. 1994-cü ildə Ağdam rayonunun Qarakənd kəndi istiqamətində itkin düşüb.

Onun qalıqları Şuşanın Dəhraz kənində aşkarlanıb və kimliyi müəyyən olunub.



Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin