Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
15:34 - 20 Sentyabr 2024
Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan "Boris" qasırğası İtaliyaya çatıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mənbələr qeyd edir ki, İtaliyanın şimalında güclü yağışların daşqın və torpaq sürüşməsinə çevrilməsi nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb. Həmçinin 5 dəmir yolu xəttində də nəqliyyatın hərəkəti dayandırılıb.
Baş nazirlik Mülki Müdafiə İdarəsi də qarşıdakı 2 gün ərzində həddindən artıq yağışın ola biləcəyi səbəbiylə Emilia-Romagna bölgəsi üçün "qırmızı" xəbərdarlıq edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin