Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
13:23 - 20 Sentyabr 2024
Bölgələrdə pensiya verilişinin gecikməsi ilə bağlı məlumatlar yayılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Göyçay sakini Mikayıl Hacıyev də müraciət edib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda pensiyaların verilməsi vaxtında təmin olunsa da, rayonlarda bu sahədə problem yaşanır: “İki aydır ki, pensiyalar ən azı 5-6 gün gecikmə ilə verilir. Bilmirik, bu gecikmənin səbəbi nədir”.
Sosial şəbəkələrdə də rayonlarda bir neçə aydır, pensiya ödənişlərində gecikmələrin olması ilə bağlı şikayətlərə rast gəlinir.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlanılıb. Qurumdan cavab olaraq bildirildi ki, pensiya ödənişi ilə bağlı hər hansı gecikmə olmur: “Həm Bakı, həm də rayonlar üzrə pensiyaların ödənilməsində heç bir gecikmə yoxdur. Hər ay öncədən nəzərdə tutulmuş qrafikə uyğun olaraq cari ayın pensiyaları ödənilir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin