"İlin sonuna kimi dronların istehsalı 10 dəfə artırılacaq"

17:30 - 19 Sentyabr 2024

"2024-cü ildə pilotsuz uçuş aparatlarının (PUA) istehsalının hər il təxminən 10 dəfə artırılması planlaşdırılır".

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hərbi-Sənaye Komissiyasının xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) inkişafına həsr olunmuş iclasında bildirib. 

Putin bildirib ki, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə 140 minə yaxın müxtəlif tipli pilotsuz uçuş aparatı verilib.

“Bu il pilotsuz təyyarələrin istehsalının əhəmiyyətli dərəcədə, daha dəqiq desək, təxminən 10 dəfə artırılması planlaşdırılır. Bundan əlavə, pilotsuz sistemlər xətti genişlənir, çoxməqsədli tətbiqlər üçün pilotsuz katerlər robot platformalar yaradılır. Eyni zamanda, onların əksəriyyəti döyüş təmas xəttində yerləşən qoşunlara göndəriləcək”, - prezident bildirib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin