Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
11:47 - 19 Sentyabr 2024
Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkəyə gətirilmiş külli miqdarda narkotik maddənin sərhəddən keçirilməsindən xəbərsiz olub.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Gömrük Postu vasitəsilə Azərbaycan ərazisinə gətirilmiş 436 kiloqram heroin maddəsi Qırmızı-Körpü gömrük postundan rahat şəkildə keçirilib. Narkotik maddə Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan aparılarkən bu ölkənin sərhəd-keçid məntəqəsində saxlanılıb.
Saxlanılan mallara baxış zamanı məlum olub ki, TIR-a yüklənmiş yüklərin içərisində 436 kiloqram heroin maddə daşınır.
Faktla bağlı Bolqarıstanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xismətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi gizlədilmiş formada narkotik vasitənin bir çox ölkənin ərazisindən keçirilməsinə dair məlumat araşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin