Yeni böhran zonası: ABŞ oraya qoşun yeritdi

00:30 - 19 Sentyabr 2024

Yeni böhran zonası: ABŞ oraya qoşun yeritdi

Rusiyanın ABŞ-ın Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq ABŞ ordusu bu bölgəyə qoşun yeridib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın 10-16 sentyabr tarixləri arasında Sakit və Şimal Buzlu okeanları başda olmaqla bir çox dəniz bölgələrini əhatə edən "Okean-24" hərbi təlimləri bölgədə narahatlıq doğurub.

Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında Rusiyanın 8 hərbi təyyarə və 2 sualtı qayıq daxil olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığı, lakin onların təyyarələrinin ABŞ hava məkanını pozmadığı qeyd edilib.

Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ ordusu Alyaska yarımadasının cənub-qərb uzantısını təşkil edən Aleut adalarına mobil raket qurğuları ilə təchiz olunmuş təxminən 130 əsgər göndərib.

"Güc Proyeksiyası" adlı əməliyyat çərçivəsində ABŞ əsgərləri Alyaskanın Ankoric şəhərindən təxminən 2 min kilometr cənub-qərbdə yerləşən Şemya adasına göndərilib.

Qeyd edək ki, Şemya adasında İkinci Dünya Müharibəsindən qalma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus aviabaza mövcuddur.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin