Dövlət Departamenti Ermənistana yardımların artırılmasına münasibət bildirdi

21:55 - 18 Sentyabr 2024

Dövlət Departamenti Ermənistana yardımların artırılmasına münasibət bildirdi

“ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən AZƏRTAC-ın ABŞ müxbirinin regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında deyilib. ABŞ-ın Ermənistana yardımlarını artırmasına gəldikdə bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: “Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin