Ərdoğan BMT-də çıxış edəcək

15:00 - 18 Sentyabr 2024

Ərdoğan BMT-də çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-yə səfər edəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Ərdoğanın çıxışı sentyabrın 24-nə planlaşdırılır.

Türkiyə Prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.

Sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin