Meşə yanğınları nəticəsində 7 nəfər həlak oldu

17:47 - 18 Sentyabr 2024

Meşə yanğınları nəticəsində 7 nəfər həlak oldu

Portuqaliyanın kontinental hissəsində 45-dən çox təbii yanğın hadisəsi qeydə alınıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, onların söndürülməsinə xüsusi texnika ilə 5 minə yaxın yanğınsöndürən cəlb edilib.

Rəsmi məlumatlara görə, Portuqaliyanın şimalında yerli sakinlər və xilasedicilər də daxil olmaqla azı 7 nəfər meşə yanğınlarının qurbanı olub.

Qeyd edək ki, ölkə hakimiyyəti bundan öncə kömək üçün İspaniya, İtaliya, Fransa və Yunanıstandan səkkiz yanğınsöndürmə təyyarəsi alıb .

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin