Koronavirusun ağır formasından necə qorunmaq olar?

22:22 - 5 Noyabr 2021

Koronavirusun ağır formasından necə qorunmaq olar?

Alimlər müəyyən edib ki, C vitamininin venadaxili yeridilməsi COVID-19-un ağır gedişindən qorunmağa və daha tez sağalmağa kömək edir.

Manşet.az-ın məlumatına görə, bu barədə “The Telegraph” yazıb. Mütəxəssislər 12 klinik sınaq nəticəsində belə qənaətə gəliblər. C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyi aşkar edilib.

Uhanda aparılmış tədqiqatlardan biri göstərib ki, antioksidant plasebo ilə müqayisədə simptomların sağalmasını 70% sürətləndirir. 

“Kritik xəstələrə gündə 6-24 qram venadaxili C vitamini yeridilməsi faydalı oldu: sağ qalma müddətini artırdı, xəstəxanada qalma müddətini azaltdı, oksigenləşməni yaxşılaşdırdı və iltihabın əlamətlərini azaltdı”, - deyə Yeni Zelandiyanın Otaqo Universitetindən tədqiqatçı Anitra Karr bildirib. 

Nəşr qeyd edir ki, 1 qram C vitamini 20 portağalda var. 

Xəstələrin 70-80 faizində qan plazmasında çatışmazlıq olduğu ortaya çıxıb. 

London İmperial Kollecinin həkimi Marsel Viskayçipi doza qərarlarına rəhbərlik etmək və müalicəni optimallaşdırmaq üçün hər bir xəstəxanada mikronutrient səviyyələrinin yoxlanılmasının vacibliyini vurğulayıb. 
Alimlər bütün bunlarla yanaşı, geniş tədqiqatların aparılmasının zəruriliyini qeyd ediblər. Müəlliflər, həmçinin COVID-19-un qarşısını almaq üçün C vitamini əvəzinə D vitamini qəbul etməyə çağırıblar.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin