Sürücülərin NƏZƏRİNƏ! - Xəbərdarlıq edildi
18 Noyabr 2024
21:50 - 5 Noyabr 2021
taliya Senatının Xarici əlaqələr və miqrasiya komissiyasının sədri Vito Petroçelli Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Zəfər Günü münasibətilə Azərbaycan parlamentinə təbrik məktubu göndərib.
Manşet.az xəbər evrir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Vito Petroçelli Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının ildönümünü münasibətilə ən xoş arzularını çatdırıb. Komissiya sədri Ermənistan-Azərbaycan münaqişəsinin keçmişdə qaldığını qeyd edib və BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə uyğun olaraq ədalətli və davamlı sülhün bərqərar olunmasının vacibliyini bildirib.
Məktubda Azərbaycan Respublikası hökumətinin və parlamentinin çoxtərəfli əməkdaşlıq üçün fövqəladə imkanlarından maksimum istifadə edərək, Mərkəzi Qafqazın və qonşu regionların sülh və sabitliyinin, firavanlığının və təhlükəsizliyinin təmin edilməsinə əminlik ifadə olunur, İtaliya-Azərbaycan parlament münasibətlərinin həmişə yüksək səviyyədə qalacağına inam bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin