Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – XƏRİTƏ
5 Dekabr 2024
21:18 - 17 Sentyabr 2024
Gələn il Azərbaycanda mikro sahibkarların gəlirlərinə vergi güzəştləri tətbiq edilməsi planlaşdırılır.
Manset.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.
Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır.
“İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi nəzərdə tutulub”- 2025-ci ilin icmal və dövlət büdcəsi ilə bağlı ilkin sənəddə əlavə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin