Gürcüstan parlamenti seçkilərə az qalmış məhbuslara kütləvi amnistiya elan etdi

16:51 - 17 Sentyabr 2024

Gürcüstan parlamenti seçkilərə az qalmış məhbuslara kütləvi amnistiya elan etdi

Gürcüstan parlamenti plenar iclasında məhbusların kütləvi amnistiya qanununu təsdiqləyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, mindən çox məhbus həbsxanaları tərk edəcək və beş minə yaxın məhbusun cəza müddəti azalacaq.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin jurnalistlərə verdiyi açıqlamada bildirilib ki, hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə həyata keçirilən amnistiya humanitar aktdır və məhbusların sayını Avropa standartlarına uyğunlaşdırmaq məqsədi daşıyır.

Müxalifət deputatları amnistiya qanununun müzakirəsində və səsvermədə iştirak etməyiblər.

Onların fikrincə, hakimiyyətin elan etdiyi amnistiya səsləri toplamaq üçün seçkiqabağı addımdır.

 

 
 

 


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin