Koronavirusun müalicəsi üçün yeni dərman yaradıldı

20:11 - 5 Noyabr 2021

Koronavirusun müalicəsi üçün yeni dərman yaradıldı

ABŞ-ın "Pfizer" şirkəti koronavirusun müalicəsi üçün yeni preparat yaradıb.

Manşet.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni preparat "Paxlovid" adlanır.

Tibbi sınaqların nəticəsinə görə, "Paxlovid" koronaviruslu şəxslərdə xəstəxanaya yerləşdirilmə və ölüm risklərini 89 faiz azaldır. 

"Pfizer"in yaydığı məlumatda deyilir ki, şirkət "Paxlovid" preparatınınn “mükəmməl effektivliyi” ilə bağlı sınaqları başa çatdırır və məlumatları ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsinə (FDA) ötürməyə başlayır.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin