Bakı metrosunda qatarların hərəkəti ləngidi

09:14 - 17 Sentyabr 2024

Bakı metrosunda qatarların hərəkəti ləngidi

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Xalqlar dostluğu" və "Neftçilər" stansiyaları arasında hərəkət edən qatarın maşinisti qapılara müdaxilə ilə bağlı idarəetmə pultunda müvafiq siqnalların işarəsini hiss edib.


Manset.az Report.az-a  istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Neftçilər" stansiyasında qapıya baxış keçirib. Qapının bağlanmaması ilə bağlı hər hansı səbəb müəyyən edilmədiyindən maşinist sərnişinləri düşürüb. "Koroğlu" stansiyasına qədər qatarın qapılar yenidən yoxlanılıb, hansısa problem olmadığından həmin stansiyada sərnişinlər yenidən götürülüb. Nəticədə intervaldan əlavə "Neftçilər" ilə "Ulduz" stansiyalarıı arasında 4 dəqiqə yubanma yaranıb. Əlavə ehtiyat tədbirləri görülüb.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin