Millimiz İngiltərə və İspaniya ilə eyni qrupda

00:30 - 17 Sentyabr 2024

Millimiz İngiltərə və İspaniya ilə eyni qrupda

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, millimiz A qrupunda yarışacaq.

Komandamızın rəqibləri İspaniya, İngiltərə və Gürcüstan olacaq. Seçmə mərhələsində 24 yığma 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup oyunlarına İspaniyanın Kadis şəhəri evsahibliyi edəcək.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin