"Barselona" "Jirona"nı məğlub etdi

20:46 - 15 Sentyabr 2024

Kataloniyanın "Jirona" klubu və "Barselona"nın qarşılaşdığı İspaniya Primerasının V turunun oyunu başa çatıb.

 

Manset.az xəbər verir ki, oyun Jironadakı "Munisipal de Montilivi" stadionunda baş tutub. Görüşün baş hakimi Alehandro Munis Ruis olub. Hakimin start fiti Bakı vaxtı ilə saat 18:15-də səslənib.

Görüş 4:1 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb.

Qonaqların qollarını Lamin Yamal (dubl), Daniel Olmo və Pedri vurub. Meydan sahibləri Kristian Stuaninin dəqiq zərbəsi ilə cavab veriblər.

"Jirona" İspaniya La Liqasının turnir cədvəlində yeddinci yerdədir. Komanda beş görüşdən yeddi xal toplayıb. "Barselona" 15 xal toplayıb və birinci yerdədir.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin