Azərbaycan Qran-prisinin açılış mərasimi keçirildi - Formula 1

14:58 - 15 Sentyabr 2024

Azərbaycan Qran-prisinin açılış mərasimi keçirildi - Formula 1

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, tədbir əsas yarışdan əvvəl gerçəkləşib.

Nadir Rüstəmli Dövlət Himnini səsləndirib.

Himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Qeyd edək ki, əsas yarış saat 15:00-da başlayacaq.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin