Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olundu - FOTOLAR

13:32 - 15 Sentyabr 2024

Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olundu - FOTOLAR

X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumu çərçivəsində sentyabrın 14-də MDB iştirakçısı olan Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda Rusiya, Özbəkistan, Belarus və digər ölkələrin mədəniyyət nazirləri, müvafiq qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirib ki, hazırda MDB üzvü ölkələrdə mədəni inteqrasiya yeni mərhələyə qədəm qoyub.

O, Laçın şəhərinin 2025-ci il üçün "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi qərarını yüksək qiymətləndirib: "2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları unikal imkanlar açacaq əhəmiyyətli hadisədir. İdman yarışları ilə yanaşı, biz idman və incəsənətin necə ahəngdar şəkildə bir-birinə qarışdığını, millətlərarası dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş etdirəcək geniş mədəni proqram hazırlayırıq". 

Nazirin müşaviri MDB-yə üzv ölkələrdə keçirilən qarşılıqlı mədəniyyət günlərinin də mədəni inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb. O, eyni zamanda Bakıda keçirilən, qonşu ölkələrdən də bu sektorun nümayəndələrini bir araya gətirən yaradıcı sənayelər festivalı - "Yaradıcılıq Həftəsi" haqqında məlumat verib.

Qeyd olunub ki, bu tədbir mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fikir və təcrübə mübadiləsi platformasına çevrilib. Qeyd olunub ki, mədəni əməkdaşlığın üfüqlərini genişləndirməyə xidmət edən beynəlxalq incəsənət layihərinin davamlı keçirilməsi vacib əhəmiyyət daşıyır.



Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin