Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
17:46 - 5 Noyabr 2021
“Mançester Yunayted” Premyer Liqanın 11-ci turunda “Mançester Siti” ilə qarşılaşacaq.
Manset.az xəbər verir ki, “qırmızı şeytanlar”da sözügedən matçdan əvvəl komandanın bütün üzvləri birgə nahar edib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Futbolçuların motivasiyasının yüksəldilməsi üçün təşkil olunan nahara Kristiano Ronaldo da qoşulub. Portuqaliyalı hücumçu restorana gələndə “Range Rover” markalı avtomobilini səhv yerdə saxladığı üçün cərimələnib. Bundan başqa, daha bir futbolçu – Fred də “Bentley”ini düzgün park etmədiyi üçün cərimələnib.
Sabah keçiriləcək “Mançester Yunayted” – “Mançester Siti” matçı saat 15:30-da başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin