Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
15:05 - 25 İyun 2021
Avro-2020-nin F qrupunun 3-cü turunda keçirilən Almaniya – Macarıstan matçı ilə bağlı intizam işi açılıb.
Manset.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmada Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.
Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.
Qeyd edək ki, UEFA qarşılaşmadan əvvəl oyunun keçiriləcəyi “Alyans Arena”nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin