Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

21:24 - 13 Sentyabr 2024

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Hazırda həbsdə olan iş adamı Ziya Hüseynzadə model Razi Əliyevanı məhkəməyə verib.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iş adamının iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ramin Xəlilov iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, məhkəmə çəkişməsi əmlakla bağlıdır.

Razi Əliyeva Ziya Hüseynzadənin keçmiş sevgilisi olub. O, ötən il Razi Əliyevanı döyməkdə ittiham edilərək həbs olunub.

Hazırda iş adamının məhkəməsi davam edir.

Qeyd edək ki, ötən il model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, şiddətə məruz qaldığını bildirib. Həmin görüntülər media tərəfindən tirajlanıb. Sözügedən kadrlarda Razi Əliyevanın Ziya Hüseynzadə tərəfindən alçaldılması aydın şəkildə görünür.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin