"Qalatasaray"ın futbolçusu Viktor Osimhen ilk məşqinə çıxdı

11:37 - 13 Sentyabr 2024

"Qalatasaray" Trendyol Super Liqasının 5-ci həftəsində "Çaykur Rizəspor"la qarşılaşacağı matçın hazırlıqlarını məşqlə davam etdirib.

 

Manset.az Hurriyet.com-a istinadən xəbər verir ki, "Sarı-qırmızılar"ın yeni transferi Viktor Osimhen də ilk məşqinə çıxıb.

İsinmə hərəkəti ilə başlayan məşq üç qrupda 8-2 ötürmə məşqi ilə davam etdi. Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq müdafiə və hücum işləri ilə yekunlaşıb.

Sarı-qırmızılar saat 18.00-da baş tutacaq məşqlə hazırlıqlarını tamamlayacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin