"Oxuya bilmir də, ancaq fonoqramla ..." - Talıb hər şeyi AÇIQLADI

22:58 - 12 Sentyabr 2024

"Elə hallar var ki, məcbur olub fonoqram verməliyik. Çünki yarım saatlıq gedirik, biz restorana daxil olan kimi musiqiçilər gedirlər siqaret çəkməyə, istirahət etməyə. Heç kim olmur səhnədə, canlı musiqi də ifa etməyə başqa ansamblın musiqiçiləri ilə biraz çətin olur. Belə olan halda da səslənmədə problem olur, məcburiyyət qarşısında qalırıq.

 

Manset.az xəbər verir ki, bunu Titul.az-a açıqlamasında məşhur müğənni Talıb Tale bildirib.

O, getdikləri toyda fonoqram-canlı məsələsini öncədən ev yiyəsi ilə danışdıqlarını bildirib:

"Biri var sırf fonoqram oxuyan müğənni,  - oxuya bilmir də, ancaq fonoqramla... Biri də var ki, müğənni canlı da oxuyur, oxuya biləndir. Sadəcə olaraq vəziyyətə uyğun, o cür davranır. Bizlə toy danışılanda öncədən deyirik ki, bu qiymətə gəlirik, yarım saatlıq fonoqramla çıxış edirik. Öncədən soruşuruq ki, toyu aparan kimdir, orada aparatura kimindir, aparaturaya baxan kimdir, -  bu məsələləri danışırıq".

"Elə də olur ki, yarım saatlıq, 1 saatlıq gedəndə də canlı ifaya gedirik, əlavə 3-4 nəfər musiqiçi aparırıq. Bütün bunlar danışıqdan asılıdır. Biraz mübahisəli mövzulardır", - deyə Talıb Tale qeyd edib.

Qeyd edək ki, müğənni Kərim iki gün öncə toyda döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Yayılan məlumata görə, müğənninin döyülməsinə səbəb Kərim Abbasovun mahnıları fonoqram ifa etməsi olub. Belə ki, bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin