Şotlandiyada sonuncu neft emalı zavodu bu tarixdə bağlanır

09:50 - 12 Sentyabr 2024

Şotlandiyada sonuncu neft emalı zavodu bu tarixdə bağlanır

2025-ci ildə Şotlandiyadakı"Grangemouth" sonuncu neft emalı zavodu bağlanacaq.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətdən bildiriblər ki, Şotlandiyada sonuncu neft emalı zavodunun bağlanma qərarı Asiya, Afrika və Yaxın Şərqdəki analoji müəssisələrlə rəqabət apara bilməməsi səbəbindən verilib.

 Məlumata görə, şirkət gündə təxminən 500 min dollar itirir və 2024-cü ilin sonuna qədər təxminən 200 milyon dollar zərər qeyd edə bilər.

Qeyd edək ki, "Grangemouth" neft emalı zavodunun əsası 1924-cü ildə British Petroleum tərəfindən qoyulub və sonradan BP adlandırılıb.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin