Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – XƏRİTƏ
5 Dekabr 2024
18:45 - 12 Sentyabr 2024
2024-cü ilin “Büdcə zərfi”ndə və dövlət büdcəsinin layihəsinə rəydə göstərilən risklərin bəziləri hesabat dövründə reallaşmış, 6 ay üzrə faktiki meyilləri nəzərə alaraq, Hesablama Palatası dövlət büdcəsinin icrası üzrə bəzi məqamların təsirinin diqqətdə saxlanılmasının vacibliyi qənaətinə gəlib.
Manset.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin yanvar-iyun ayları üzrə icra edilmiş dövlət büdcəsinin parametrlərinin təhlili barədə hesabatda bildirilib.
Bildirilib ki, dövlət büdcəsinin gəlirlərinin artıq yığılması risklərə səbəb olur. Belə ki, hesabat ilində də dövlət büdcəsinin gəlirləri (əksər inzibatçı qurumlar üzrə) proqnozdan əhəmiyyətli artımla yerinə yetirilmişdir. Gəlirlərin proqnozlaşdırılandan artıq yerinə yetirilməsi müsbət məqamlarla yanaşı maliyyə planlaşdırılması üzrə bir sıra risklərə səbəb olmaqdadır. Belə ki, ilkin təsdiq edilmə zamanı potensialın tam nəzərə alınmaması il ərzində büdcəyə yenidən baxılma zərurətini yaratmaqla həmin gəlir mənbələri üzrə maliyyələşəcək xərclərin ilin sonuna qalmasına səbəb olmaqdadır. Planlama ilə bağlı boşluqlar əlavə xərc ehtimalını (faiz xərcləri timsalında) formalaşdırmaqdadır.
Depozit və tapşırıqlar hesabının qalığında məbləğin əhəmiyyətli olması riskləri artırır. Hesabat dövründə də büdcə təşkilatlarının depozit və tapşırıqlar hesabı üzrə artım (4,6 mln. manat) izlənmiş, dövrün sonuna bu hesabda 495,6 mln. manat qeydə alınmışdır. Qanunvericilikdə əməliyyatların bu hesab üzrə aparılması məsələsi birbaşa tənzimlənmir. Auditlər və təhlillər bu qalığın bir hissəsinin gəlirlərə aid edilməklə sərbəst qalıqda uçotunun aparılmalı olduğunu deməyə əsas verir.
Qeyd edilib ki, dövlət satınalmaları ilə bağlı yeni Qanunun tətbiqində çətinliklər var. Yeni qanunvericilikdən irəli gələrək informasiya sistemlərinin inteqrasiyasının ilin əvvəlində tamamlanmaması, yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla, bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin sayında və məbləğində əhəmiyyətli artımla nəticələnmişdir. Belə ki, müvafiq dövlət orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin 6 ayı üzrə bir mənbədən satınalma metodu əsasında bağlanılan müqavilələrin məbləğində 941,8 mln. manat, sayında isə 1457 ədəd artım qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin