Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
17:09 - 12 Sentyabr 2024
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti pişləşib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, teatrın məsul şəxslərindən olan İsmayıl Atakişiyev məlumat verib.
O bildirib ki, 68 yaşlı aktyorun onurğasında 3 ay öncə xərçəng xəstəliyi aşkarlanıb.
"Müalicə olundu, amma sağalmadı. İndi evdədir, həkimlər deyir ki, artıq edəcək heç nə qalmayıb. Nəfəs ala bilmir, vəziyyəti getdikcə ağırlaşır. Biz teatr olaraq tez-tez ona baş çəkirdik ki, bir az fikri dağılsın. Amma sağaltmağı bacarmadıq”,- deyə o bildirib.
İsmayıl Atakişiyevin dediyinə görə, bu müddət ərzində teatrın rəhbərliyi, kollektiv aktyorun ailəsinə maddi dəstək göstərib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin